Məzmuna keç

Haqqımızda

BLOG.SNA.AZ Red Team, Offensive Security və tətbiqi kibertəhlükəsizlik mövzularına fokuslanan texniki araşdırma platformasıdır.

Burada Red Team metodologiyaları, veb və tətbiq təhlükəsizliyi, zərərli proqramların analizi, Bug Bounty araşdırmaları, şəbəkə təhlükəsizliyi, zəifliklərin təhlili və CTF həlləri praktiki yanaşma ilə təqdim olunur.

Məqsəd sadəcə zəifliyin adını və ya nəzəri tərifini izah etmək deyil. Hər mövzu mümkün qədər necə işləyir, niyə yaranır, necə aşkarlanır, hansı riskləri yaradır və necə qarşısı alınır sualları üzərindən araşdırılır.

Red Team yanaşmasının əsas prinsipi sistemi yalnız istifadəçi gözü ilə deyil, potensial hücumçunun baxış bucağından da analiz etməkdir. Bu düşüncə tərzi müdafiənin real zəif nöqtələrini daha yaxşı anlamağa və təhlükəsizliyi daha düzgün qurmağa imkan verir.

Saytda yayımlanan texniki materiallar öyrənmə, araşdırma və icazəli təhlükəsizlik testləri çərçivəsində hazırlanır.